Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucaldığı gündür
Bu gün şəhid pilotumuz, polkovnik-leytenant Rəşad Atakişiyevin şəhadətə qovuşduğu gündür.
Far.Az xatırladır ki, Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. Ailədə üç qardaş olublar.
O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb.
Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub.
O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub.
Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.
O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
2019-cu il iyulun 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdir.
Təyyarə Xəzər dənizinə düşmüş, qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdür. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunmuşdur.
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu tapılmışdır. 20 avqust tarixində isə pilotun nəşi tapılmışdır. 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilmişdir.
07.05.2021-ci ildə Hərbi Pilot Polkovnik Leytenant Rəşad Atakişiyevə Şəhid statusu verilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhadətə ucaldığı gündür
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirib
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "PAOK-la oyuna maksimum nəticə üçün çıxacağıq"
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
Avtovağzal Kompleksi yaxınlığında su borusunda qəza - Aidiyyəti qurum hərəkətə keçdi













