Ağdamda başlayan yanğın daha da genişlənib
Far.Az xəbər saytı

Ağdamda başlayan yanğın daha da genişlənib


Ağdamda başlayan yanğın daha da genişlənib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanğın küləyin təsirilə Baş Qərvənd, Bayramlar, Şıxlar və Göytəpə kəndlərinin ərazilərinə də yayılıb.

Hazırda FHN-in Ağdam yanğınsöndürən bölməsinin şəxsi heyəti hadisə yerində alovun qarşısını almağa çalışır.

Xatırladaq ki, Ağdam ərazisində baş verən yanğın hadisəsi rayonun Sarıcalı və Kəngərli kəndlərinin ərazisində qeyd alınıb. Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın söndürülüb.

***2026-07-23 - 08:26

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qurumdan BAKU.WS-ə verilən xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

***2026-07-22 - 21:33

Ağdam rayonunda yanğın baş verən ərazidə mina partlayışları müşahidə olunur.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun yenidən qurulan Sarıcalı kəndinə yaxın açıq ərazidə baş verən yanğın mina və partlamamış hərbi sursatlarla çirklənən yerlərə yayılıb.

Yanğın zamanı bir neçə mina partlayışı müşahidə olunub. Partlayışlar yanğınlara operativ müdaxilə edilməsi işlərinə mane olur, alovun söndürülməsi işlərini ləngidir.

***19:18

Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər