Cəbrayılda minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI
Far.Az xəbər saytı

Cəbrayılda minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI


Cəbrayıl rayonunun baş verən partlayış nəticəsində xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Bu barədə Far.Az-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1979-cu il təvəllüdlü şəxs (kişi) bu gün saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ said sümüyünün orta 1/3 hissəsinin yerdəyişən sınığı, inci və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınığı diaqnozu təyin edilib.

Qeyd olunub ki, hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

***21:12

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayəb.

Qeyd olunub ki, 1979-cu il təvəllüdlü rayonun Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Cəbrayılda "Qurban Yarmarkası – Bərəkət Festivalı" keçirildi
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Cəbrayıl rayonunda mina partlayıb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər