Kavelaşvili: Sağlam müxalifətin olmaması siyasi proseslərə mane olur
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkədə sağlam müxalifətin olmamasının siyasi proseslərə mənfi təsir göstərdiyini bildirib.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, o, bu fikirləri "Imedi LIVE" televiziya proqramında səsləndirib.
Prezidentin sözlərinə görə, müxalifətin cəmiyyətdə dəstəyi çox az olsa da, onlar özlərini əksəriyyət kimi təqdim etməyə və insanları "xəyali proseslərə" inandırmağa çalışırlar.
"Proseslərə mane olan amillərdən biri ölkəmizdə sağlam müxalifətin olmamasıdır. Onların çox az tərəfdarı var, baxmayaraq ki, əksəriyyət olduqlarını iddia edir və cəmiyyəti bu illüziya proseslərində saxlamağa çalışırlar. Kaş ki, gec-tez sağlam düşüncəyə qayıdaydılar", - Kavelaşvili bildirib.
Prezident qeyd edib ki, müxalifətin tərəfdarları ölkədə baş verən hadisələri emosiyalarla deyil, faktlar əsasında qiymətləndirməlidirlər.
"Heç kim onlardan hökumətin tərəfdarı olmağı tələb etmir. Amma onlar reallığı düzgün qiymətləndirməyi bacarmalıdırlar. Bunun üçün proseslərə daha dərindən baxmaq, keçmişdə baş verənləri, kimin nə etdiyini və kimin mövqeyinin doğru olduğunu təhlil etmək lazımdır. Mən uydurduğum faktlardan deyil, baş verən proseslərin dinamikasından və müxtəlif ölkələrin rəhbərləri, eləcə də beynəlxalq təşkilatların verdiyi qiymətləndirmələrdən danışıram", - Gürcüstan Prezidenti əlavə edib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













