"Hyundai Motor"un işçiləri gələn həftə tətili bərpa edəcəklər
Far.Az xəbər saytı

"Hyundai Motor"un işçiləri gələn həftə tətili bərpa edəcəklər


Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan "Hyundai Motor" şirkətinin əməkdaşlarının əməkhaqqının artırılmasına nail olmaq üçün gələn həftə tətil müddətini uzatmaq niyyəti avtomobil istehsalında yaranacaq mümkün fasilələrlə bağlı narahatlıq doğurub.

"Far.Az" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət işçilərinin həmkarlar ittifaqı açıqlayıb.

Qeyd olunub ki, bu həftə "Hyundai" işçiləri qismən tətil keçiriblər: gündüz və gecə növbələrinin əməkdaşları şirkətlə əməkhaqqı barədə razılığa gələ bilmədikləri üçün bazar ertəsindən çərşənbə gününədək hər gün işi dörd saat dayandırıblar.

Həmkarlar ittifaqı çərşənbə günündən gələn həftənin cümə gününədək dörd saatlıq tətillər keçirməyi planlaşdırır ki, bu da cari il ərzində sayca üçüncü tətil olacaq.

Bu il tərəflər arasında əməkhaqqı ilə bağlı danışıqların 15 raundu keçirilsə də, bu məsələdəki fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmayıb.

40 min üzvü olan həmkarlar ittifaqı əməkhaqqının baza hissəsinin 149 600 von artırılmasını və şirkətin ötənilki xalis mənfəətinin 30 %-i həcmində mükafatın ödənilməsini tələb edir.

"Sonata" sedanlarının və "Palisade" yolsuzluq avtomobillərinin istehsalçısı ötən il 10,36 trilyon von (7,07 milyard dollar) xalis mənfəət əldə edib.

Lakin şirkət əməkhaqqının baza hissəsinin 80 min von artırılmasını, aylıq məvacibin 350 %-i həcmində mükafat, 10 milyon von və şirkətin 15 səhmini təklif edib.

Oxşar xəbərlər

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Məktəbin ilk günündən FOTOLAR
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
Bakıda WUF13-ün ikinci günündən FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər