Leysan yağışları Tbilisidə bir sıra fəsadlara yol açıb
Güclü yağış Tbilisinin bir neçə rayonunda problemlərə səbəb olub.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, leysan yağışları nəticəsində Diqomi Massivi və Didi Diqomi ərazilərində küçələri su basıb, Vazisubani qəsəbəsində isə su yaşayış binalarının zirzəmilərinə dolub.
Paytaxtın müxtəlif hissələrində yolların su altında qalması avtomobillərin hərəkətini çətinləşdirib.
Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyulun 20-dən 21-nə keçən gecə Tbilisi və ətraf ərazilərdə arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir.
Proqnoza əsasən, şimşək çaxacağı, dolu düşəcəyi və güclü külək əsəcəyi ehtimal olunur.
Agentlik xəbərdarlıq edib ki, güclü yağıntılar kiçik çaylarda qəfil daşqınlara, dağlıq və dağətəyi ərazilərdə isə sürüşmə və selin yaranmasına səbəb ola bilər. Bununla əlaqədar orta təhlükə səviyyəsi elan edilib.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayram günlərinin havası açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













