Tramp dünya çempionatının finalında fitə basıldı
Far.Az xəbər saytı

Tramp dünya çempionatının finalında fitə basıldı


ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının final oyunundan sonra keçirilən mükafatlandırma mərasimində azarkeşlərin etirazı ilə üzləşib.

BAKU.WS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat hovuzuna istinadən "Moskovski Komsomolets" məlumat yayıb.

Məlumata görə, Tramp Nyu-Cersi ştatındakı "MetLife" stadionunun meydançasına qalib komandaya kuboku təqdim etmək üçün çıxarkən tribunadan uzun sürən fit və narazılıq səsləri eşidilib. Hadisə oyunu canlı yayımlayan televiziya kameraları tərəfindən də qeydə alınıb.

Buna baxmayaraq, ABŞ prezidenti mükafatlandırma mərasimində iştirak edib və əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olan İspaniya millisinə kuboku təqdim edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
Braziliya - Norveç matçını dünya ulduzları tribunadan izləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər