Bakıdan İstanbula qatarla səyahət - Yeni təklifin DETALLARI
"Qafqazı Türkiyə və Avropa ilə birləşdirəcək turizm yönümlü dəmir yolu marşrutu yaradıla bilər".
Far.Az-in məlumatına görə, bu təkliflə nəqliyyat eksperti Rauf Ağamirzəyev çıxış edib.
Onun sözlərinə görə, Macarıstandan İstanbula 14 vaqonlu xüsusi qatarın təşkil olunması dəmir yolunun yalnız sərnişindaşıma vasitəsi deyil, eyni zamanda ayrıca turizm məhsulu kimi təqdim edilə biləcəyini göstərir:
"Sentyabrın 23-də Macarıstanın MAV şirkətinin idarə etdiyi xüsusi qatar Kapıkule sərhəd-keçid məntəqəsindən Türkiyəyə daxil olaraq Halkalı stansiyasına çatıb. Sərnişinlər İstanbulda qarşılanıb, şəhərlə tanış olduqdan sonra geri dönüş səfərinə çıxıblar.
Oxşar yanaşma Cənubi Qafqaz üçün də tətbiq oluna bilər. Bakı-Tbilisi dəmir yolu marşrutunun Batumiyə qədər uzadılaraq Xəzər dənizi ilə Qara dənizi birləşdirən turizm xəttinə çevrilməsi mümkündür.
Belə bir marşrut çərçivəsində Bakıdan yola çıxan turist bir səfər zamanı Tbilisi və Batumi şəhərlərini ziyarət edə bilər. Burada əsas məqsəd yalnız sərnişin daşınması deyil, dəmir yolu səfərinin bütövlükdə turizm məhsuluna çevrilməsidir".
Rauf Ağamirzəyev daha geniş perspektivdə marşrutun BTQ dəmir yolu xətti vasitəsilə Türkiyəyə qədər uzadılmasının mümkünlüyünü də qeyd edib:
"Marşrut Bakı-Tbilisi-Batumi istiqamətindən başlayaraq, növbəti mərhələdə Bakı-Tbilisi-Qars-İstanbul xətti üzrə genişləndirilə bilər. Belə bir yanaşma Azərbaycanın turizm siyasətində nəqliyyat və turizmin daha sıx əlaqələndirilməsi baxımından da maraqlı istiqamət ola bilər.
Burada söhbət sadəcə Bakı-İstanbul qatarının açılmasından getmir. Daha böyük perspektiv var: Xəzər - Qafqaz - Anadolu - İstanbul - Avropa. Dəmir yolu burada yalnız nəqliyyat vasitəsi deyil, Azərbaycanın yeni turizm məhsulunun və Avropa ilə əlaqəsinin bir hissəsinə çevrilə bilər".
Rauf Ağamirzəyev vurğulayıb ki, Macarıstandan İstanbuladək təşkil olunan 14 vaqonlu xüsusi qatar bu modelin turizm baxımından mümkünlüyünü nümayiş etdirir:
"Bəlkə də növbəti Qafqaz Ekspresinin istiqaməti Bakıdan başlamalıdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir
-
Qazaxıstanda 25 sentyabr ümummilli matəm günü elan edildi













