Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub
Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin qarajında (anbar kimi istifadə olunur) plandankənar yoxlama zamanı son istifadə tarixi dəyişdirilmiş içki məhsulları müsadirə olunub.
Bu barədə "Far.Az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, ümumilikdə 49050 ədəd, hər biri 330 ml olan "Vintage Limonad" (Şəkərli və şəkərsiz olmaqla 2 çeşid) və "Vintage Cola" (Şəkərli və şəkərsiz olmaqla 2 çeşid) əmtəə nişanlı alkoqolsuz içki məhsulu aşkar edilib. Məhsulların bir hissəsinin son istifadə tarixinin dəyişdirildiyi, bir hissəsinin tarixlərinin silindiyi, digər hissəsinin isə yararlılıq müddətinin bitdiyi müəyyən olunub.
Yoxlama zamanı məhsulların üzərindəki tarixlərin dəyişdirilməsində istifadə edildiyi ehtimal olunan avadanlıq və vasitələr də aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhsulların və aşkar edilmiş vasitələrin toxunulmazlığı təmin edilərək möhürlənib.
Məsul şəxs izahatında məhsulların son istifadə tarixlərinin dəyişdirilməsi faktını etiraf edib. Həmçinin yoxlama zamanı tələb olunan bəzi təsdiqedici sənədlərin təqdim edilmədiyi müəyyən olunub.
Oxşar xəbərlər
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda milyonluq mənzillər və villalar hərraca çıxarılır - SİYAHI
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
-
Hindistan, Pakistan və Əfqanıstanda daşqınlar 82 nəfərin həyatına son qoyub













