Azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin sayı açıqlanıb - SİYAHI
2024-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb.
Far.Az apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artıb. Belə ki, 2023-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 593 yeni iş yerləri yaradılıb.
Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 299, Şuşada isə 232 yeni iş yeriləri yaradılıb.
Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb.
Aşağıdakı cədvəldə 2024-cü ilin I yarımilində yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib.

Far.Az
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə bu ilin birinci yarısında 840 yeni iş yeri yaradılıb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb
Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Avropanın əhalisi 53 milyon azalacaq
-
Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub
-
"CBS News": Çin qabaqcıl radiolokasiya komplekslərinin İrana verilməsi imkanını öyrənib













