Azər Əmirov: "Yeni maliyyə alətlərinin cəlbediciliyinin artırılması istiqamətində işlər gedir"
Far.Az xəbər saytı

Azər Əmirov: "Yeni maliyyə alətlərinin cəlbediciliyinin artırılması istiqamətində işlər gedir"


Azərbaycanda yeni maliyyə alətlərinin cəlbediciliyinin artırılması istiqamətində işlər gedir.

"Report" xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, hazırda maliyyə bazarlarının tənzimlənməsi baxımından əsas prioritetlərdən biri maliyyə alətlərinin diversifikasiyasıdır: "Məqsəd yeni maliyyə alətlərinin tətbiqi və onların investorlar üçün cəlbediciliyinin artırılmasıdır. Bu çərçivədə daha əvvəl də qeyd etdiyimiz investisiyaların sığortalanması mexanizminin yaradılması məsələsi gündəmdədir".

O bildirib ki, bununla yanaşı, "yaşıl maliyyə" kimi alternativ maliyyə alətlərinin bazarda formalaşması üçün qanunvericilik bazasının hazırlanması istiqamətində işlər aparılır: "Lakin bu təşəbbüslər hələlik layihə mərhələsindədir".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Şamaxıda Milli Mətbuat gününə həsr olunan dialoq və əməkdaşlıq forumu keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər