Putin: Rusiya və Qazaxıstan terminalların buraxılış qabiliyyətinin artırılması istiqamətində iş aparır
Rusiya və Qazaxıstan tranzit və gömrük terminallarının buraxılış qabiliyyətinin artırılması istiqamətində iş aparır.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında keçirilən Regionlararası Əməkdaşlıq Forumunda bildirib.
"Ölkələrimizin həll etməklə məşğul olduğu ən aktual vəzifələrdən biri uzunluğu təxminən 7,5 min kilometr olan, dünyada ən uzun quru sərhədi hesab edilən ortaq sərhəddə tranzit və gömrük terminallarının buraxılış qabiliyyətinin artırılmasıdır", – deyə Rusiya lideri qeyd edib və əlavə edib ki, bu işə sərhədyanı regionlar da fəal şəkildə cəlb olunub.
Bundan başqa, iki ölkə arasında sabit dəmir yolu əlaqəsi qurulub. "Ötən il bu nəqliyyat növü ilə qarşılıqlı yükdaşımaların ümumi həcmi 4 % artaraq təxminən 95 milyon tona çatıb. Cari ilin yanvar–may aylarında isə bu göstərici daha 5,7 % artıb", – deyə Putin vurğulayıb.
Onun sözlərinə görə, tərəflər yükdaşımaların həcmini artırmaq və eyni zamanda çay ekosistemini qorumaq məqsədilə İrtış çayından birgə istifadə üzrə baş plan hazırlayırlar. Bununla yanaşı, Xəzər dənizində və iki ölkə ərazisindən axan çaylarda fəal gəmiçilik əlaqələri dəstəklənir.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
-
Nigar Camal bu dəfə həm müğənni, həm də aparıcı oldu
-
Venesuela BCM-dən çıxma prosesini rəsmən başladıb
-
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
-
BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb
-
Rüstəm Orucov: "Avropa Cüdo Ümidləri Turniri yüksək səviyyədə təşkil olunub"













