Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 2026-cı il üçün Azərbaycanın idman paytaxtı seçilən Qazaxda avarçəkmə tədbiri keçirilib.
"Far.Az" xəbər verir ki, Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində təşkil olunan tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının idmançı və məşqçi heyəti ilə yanaşı, rayon sakinləri də iştirak edib.
Tədbir zamanı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirakçıları salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib.
Daha sonra kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar baş tutub. Ardınca su idman növlərinə maraq göstərən yerli sakinlərə peşəkar məşqçilər tərəfindən həvəskarlar üçün nəzərdə tutulmuş kayak qayığının idarə edilməsi yönündə təlimlər keçilib. Onlara avarçəkmə idmanında özünü sınamaq imkanı yaradılıb. Tədbir yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, federasiya su idman növlərinin ölkəmizdə coğrafiyasının genişləndirilməsi və daha çox kütləyə çatdırılması üçün bu cür tədbirlərin müxtəlif bölgələrdə mütəmadi keçirilməsini planlaşdırıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
-
Nigar Camal bu dəfə həm müğənni, həm də aparıcı oldu
-
Venesuela BCM-dən çıxma prosesini rəsmən başladıb
-
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
-
BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb
-
Rüstəm Orucov: "Avropa Cüdo Ümidləri Turniri yüksək səviyyədə təşkil olunub"













