Azərbaycanın bir şəhəri 1990-cı illərdə qalıb: "Qurumlara müraciət edirik, tədbir görmürlər"
Oğuz şəhərinin Mirzə Fətəli Axundov küçəsində illərdir işıqlandırma sisteminin işləməməsi sakinlərin narazılığına səbəb olub.
Oxşar problemlə Mikayıl Müşfiq, Rasim Ocaqov, Dədə Qorqud və digər küçələrin sakinləri də qarşılaşırlar.
Vətəndaşlar məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
"1990-cı ildən burada yaşayırıq, o vaxtdan bu küçədə işığın yandığını görməmişik. Küçəmiz çayın və dağın kənarında yerləşir. Burada müxtəlif yırtıcı və vəhşi heyvanlar olur. Uşaqlar çölə çıxa bilmirlər", - onlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib:
"Ərazidə heç bir işıqlandırma sistemi yoxdur. Bu da təbii ki, gecə vaxtı piyadalar və sürücülər üçün təhlükə yaradır. Problemlə bağlı aidiyyəti qurumlara müraciət edilsə də, hələlik heç bir tədbir görülməyib".
Oxşar xəbərlər
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













