Festivalda xəsarət alan yeddi nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2
Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananda davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Qeyd edilib ki, iki nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Milli Yaylaq Festivalında taxta konstruksiyanın aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisədə 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, Əli Məmmədzadə, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdllü Vüsət Zeynalov yaralanıb.
Onlar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
V Milli Yaylaq Festivalının keçirildiyi ərazidə xoşagəlməz hadisə baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, etnoqəsəbə ərazisində qurulan taxta konstruksiyalardan biri aşıb.
Nəticədə bir neçə nəfərin xəsarət aldığı deyirlir. Dərhal ərazidə olan təcili tibbi yardım briqadası xəsarət alan şəxslərə köməklik göstərib və onlar Gəncə şəhərindəki müvafiq xəstəxanaya aparılıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
-
Nigar Camal bu dəfə həm müğənni, həm də aparıcı oldu
-
Venesuela BCM-dən çıxma prosesini rəsmən başladıb
-
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
-
BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb
-
Rüstəm Orucov: "Avropa Cüdo Ümidləri Turniri yüksək səviyyədə təşkil olunub"













