İtaliyada dəmir yolunun tikintisinə qarşı etirazlar keçirilir, 60 polis yaralanıb
Far.Az xəbər saytı

İtaliyada dəmir yolunun tikintisinə qarşı etirazlar keçirilir, 60 polis yaralanıb


İtaliyanın şimalında Turin–Lion dəmir yolu magistralının tikintisinə qarşı çıxan nümayişçilərlə toqquşmalarda 60-dan çox polis əməkdaşı xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Turin–Lion yüksək sürətli dəmir yolu layihəsinə qarşı çıxan No Tav ("Yüksək sürətli qatarlara yox") hərəkatının təxminən 20 min iştirakçısı aksiyaya qatılıb.

Nümayişin başlamasından qısa müddət sonra bəzi etirazçılar ayrılaraq tunelin tikildiyi ərazilərə hücum etməyə başlayıblar.

"Onlar hasarları aşaraq tikinti sahəsinə daxil olur və ərazini dağıtmağa başlayırlar. Daşlar, fişənglər və Molotov kokteylləri atılır. Hüquq-mühafizə orqanlarına məxsus dörd avtomobil yandırılıb, 60-dan çox polis əməkdaşı yaralanıb", - deyə məlumatda qeyd olunub.

Polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib, lakin etirazçıların xüsusi qoruyucu vasitələri səbəbindən bu tədbirlər kifayət etməyib. İğtişaşlar səbəbindən Bussoleno və Borgone arasındakı qatar hərəkəti müvəqqəti dayandırılıb, həmçinin avtomagistralın hissələrindən biri bağlanıb.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər