İspaniyada meşə yanğınları böyüyür: 60 minə yaxın insan təxliyə edilib
İspaniyanın bir neçə bölgəsində davam edən meşə yanğınları səbəbindən on minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb.
Far.Az xəbər verir ki, ölkə hökumətinin yaydığı məlumata görə, Madrid şəhərindən 30 min, Avila bölgəsindən isə 29 min 488 nəfər olmaqla, ümumilikdə 59 min 488 sakin təxliyə edilib.
Hazırda alovla mübarizəyə 1201 hərbçi, 400 yerüstü texnika, 1300 təhlükəsizlik əməkdaşı, 110 mülki müdafiə əməkdaşı və 20 hava vasitəsi cəlb olunub.
Rəsmilər bildiriblər ki, Madrid və Avila ilə yanaşı Leon, Ueska, Teruel və Kordoba bölgələrində də meşə yanğınları davam edir.
Bundan başqa, Valensiyanın Manises bölgəsində baş verən meşə yanğınında bir nəfər həyatını itirib, daha beş nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yanğınların söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir, əhaliyə təhlükəli ərazilərdən uzaq durmaq tövsiyə olunub.
Oxşar xəbərlər
Rəsmilər Şəhidlər xiyabanında
İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Coratda 26 yaşlı gənc dənizdə boğulub
-
Yaylaq festivalında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
-
Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarılıb
-
İƏT Pakistandakı terroru pisləyib
-
ƏSF: Elektron Auksion Portalında birbaşa satış həddinin artırılması planlaşdırılır
-
Festivalda xəsarət alan yeddi nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2













