CNN: Vens və Keyn ABŞ ilə İran arasında vəziyyətin gərginləşməsindən narahatdırlar
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ötən cümə günü keçirilən müşavirədə Vaşinqton tərəfindən hərbi əməliyyatların intensivləşdirilməsi ehtimalı səbəbindən İranda münaqişənin eskalasiyası ilə bağlı narahatlıqlarını ifadə ediblər.
"Far.Az" xəbər verir ki, bu barədə bazar günü mənbələrə istinadən CNN məlumat yayıb.
Qeyd olunub ki, Keyn cümə günü ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsində ABŞ arsenallarının vəziyyəti və digər mənfi fəsadlarla bağlı xüsusi narahatlıqlarını bildirib.
"Silah ehtiyatları ilə bağlı problem müşavirədə Trampa bildirilən əsas məsələlərdən biri idi", - telekanal qeyd edib.
Daha əvvəl CNN xəbər vermişdi ki, ABŞ-də əsas silah ehtiyatları əhəmiyyətli dərəcədə tükənib və İrana qarşı zərbələr davam edərsə, daha çox təzyiqə məruz qala bilər. Bir neçə mənbənin sözlərinə görə, Trampın yaxın ətrafında və ya Pentaqonda çox az adam prezidentin təklif etdiyi eskalasiya variantlarının arzuolunan nəticəni verəcəyinə inanır.
Müşavirədən sonra Tramp jurnalistlərə deyib ki, ABŞ hakimiyyəti İranla fəal şəkildə danışıqlar aparır, eyni zamanda, İslam Respublikasına daha güclü zərbələrin endirilməsini də mümkün hesab edib. Bununla yanaşı, vəziyyətlə tanış olan mənbənin sözlərinə əsasən, o, şəxsi qaydada öz nümayəndələrinə "danışıqları davam etdirmək" barədə göstəriş verib. Bu, prezidentin ABŞ qoşunlarının düşmən ərazisinə yeridilməsini nəzərdə tutmayan məhdud hərbi əməliyyatlar reallığı ilə üzləşdiyini göstərir.
Həmçinin ötən gün məlum olub ki, ABŞ təxminən iki həftəlik davamlı zərbələrdən sonra İranı bombardman etməyi dayandırıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı













