TikTok paylaşımından iki həftə sonra faciə: Boşanma ərəfəsində olan cütlük evdə ölü tapıldı
ABŞ-da sosial media fenomeni Sara Gilson və boşanma prosesində olduğu həyat yoldaşı Şon Daffi yaşadıqları evdə güllələnmiş halda ölü tapılıblar.
Far.Az xəbər verir ki, hadisə Oklahoma ştatında baş verib.
Polisin ilkin araşdırmasına görə, hadisənin qətl və intihar olması ehtimal edilir. Bildirilib ki, Sara Gilson təxminən iki həftə əvvəl TikTok hesabında paylaşdığı videoda həyat yoldaşını pedofiliyada ittiham etmişdi.
Rəsmi məlumata əsasən, iyulun 23-də 911 xidmətinə daxil olan ilk zəng zamanı telefonda qadın qışqırıqları və ardınca silah səsi eşidilib. Az sonra Gilsonun azyaşlı oğlu qonşunun evindən polisə zəng edərək ögey atasının anasını güllələdiyini bildirib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 43 yaşlı Sara Gilson və 48 yaşlı Şon Daffinin baş nahiyəsindən güllə yaraları almış vəziyyətdə öldüyünü müəyyən ediblər.
Məhkəmə sənədlərinə görə, Sara Gilson iyun ayında həyat yoldaşı barəsində mühafizə orderi aldırmışdı. Məhkəmə Şon Daffinin ona 100 metrdən artıq yaxınlaşmasını qadağan etmiş və onun evdən uzaqlaşdırılması barədə qərar çıxarmışdı.
Bundan əlavə, Şon Daffi məşqçisi olduğu basketbol komandasında çıxış edən 15 yaşlı qızla bağlı cinsi istismar iddiaları üzrə də istintaqa cəlb olunmuşdu. Məhkəmə sənədlərində onun yeniyetməyə uyğunsuz mesajlar göndərdiyi, fiziki təmasda olduğu və hadisəni gizli saxlamaq üçün pul təklif etdiyi iddia olunur.
ABŞ hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmanın davam etdiyini, işin federal qurumların da nəzarətində olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
Azərbaycan və BƏƏ prezidentləri Şuşada güllələnmiş heykəllərə baxıblar
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Coratda 26 yaşlı gənc dənizdə boğulub
-
Yaylaq festivalında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
-
Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarılıb
-
İƏT Pakistandakı terroru pisləyib
-
ƏSF: Elektron Auksion Portalında birbaşa satış həddinin artırılması planlaşdırılır
-
Festivalda xəsarət alan yeddi nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2













