Fransada meşə yanğınları böyüyür: 200 minə yaxın insan təxliyə edilib
Fransanın cənub-qərbində bir neçə gündür davam edən meşə yanğınları geniş əraziləri əhatə edib. Alovların qarşısını almaq mümkün olmadığından indiyədək təxminən 200 min nəfər təhlükəsizlik məqsədilə təxliyə olunub.
BAKU.WS Fransa mətbuatına istinadən xəbər verir ki, Girond və Land departamentlərində iyulun 22-dən bəri davam edən yanğınlar hələ də nəzarət altına alınmayıb. Xüsusilə Girond departamentində baş verən yanğın ölkənin tarixində ən böyük meşə yanğınlarından biri kimi qiymətləndirilir.
Rəsmi məlumatlara əsasən, indiyədək 32 min 700 hektar ərazi külə dönüb. Təkcə Girond departamentində təxliyə edilənlərin sayı 167 min nəfərə çatıb. Onlardan təxminən 60 min nəfəri son gecə ərzində təhlükəsiz ərazilərə köçürülüb.
Səlahiyyətli qurumlar həmçinin məşhur Kap-Ferre kurortunda minlərlə insanın, Land departamentində isə daha 31 min nəfərin təxliyə edildiyini açıqlayıblar.
Hazırda yanğınların söndürülməsi istiqamətində genişmiqyaslı əməliyyatlar davam etdirilir. Güclü külək və isti hava şəraiti isə alovun yayılmasını sürətləndirərək yanğınsöndürənlərin işini çətinləşdirir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













