"Arsenal" Vinisius Juniorun transferi üçün yüksək məbləğdə maaş təklif edib
İngiltərənin "Arsenal" klubu "Real"ın (İspaniya) hücumçusu Vinisius Junioru alacağı təqdirdə, onu komandanın ən çox maaş alan futbolçusu etmək məcburiyyətində qalacaq.
"Report" "The Times"a istinadən xəbər verir ki, London klubu vingerin klubu ilə müqaviləni yeniləməkdə çətinlik çəkməsi fonunda bu transfer variantını ciddi şəkildə nəzərdən keçirir.
Hazırda "Arsenal"da ən yüksək məvacib alan futbolçunun illik vergilər çıxılmadan təxminən 15,6 milyon funt-sterlinq (18,2 milyon avro) qazanan Bukayo Saka olduğu bildirilib.
Vinisiusun "Real"dakı xalis maaşı isə vergilər ödənildikdən sonra təxminən 14,9 milyon avro təşkil edir. Madrid təmsilçisi futbolçuya 20 milyon avrodan çox maaş təklif edib. Lakin braziliyalı ulduz təqribən 30 milyon avro qazanmaq niyyətindədir.
Xatırladaq ki, 25 yaşlı vingerin "Real"la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Bukayo Saka "Arsenal"ın tarixində ən çox maaş alan futbolçu olacaq
"Arsenal" Bukayo Saka ilə müqavilənin müddətini uzadıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Coratda 26 yaşlı gənc dənizdə boğulub
-
Yaylaq festivalında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
-
Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarılıb
-
İƏT Pakistandakı terroru pisləyib
-
ƏSF: Elektron Auksion Portalında birbaşa satış həddinin artırılması planlaşdırılır
-
Festivalda xəsarət alan yeddi nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2













