Bu tarixlərdə dənizə girməyin - NAZİRLİK
Far.Az xəbər saytı

Bu tarixlərdə dənizə girməyin - NAZİRLİK


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyi proqnozlaşdırılır, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, bu havada dənizə girmək təhlükəkilidir.

"Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girmək çox təhlükəlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar", - FHN-in müraciətində bildirilib.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, xüsusilə havaların isti və quru keçdiyi bu günlərdə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir:

"Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur".

Oxşar xəbərlər

Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
FHN: İyulun 27-si və 28-də dənizə girmək təhlükəlidir
Bakıda güclü külək 78 ağacı aşırdı, 40 ağacın budaqları qırıldı
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər