Pakistan: ABŞ və İran daimi atəşkəs təklifinə müsbət yanaşıb
Pakistan və Qətərin vasitəçiliyi ilə hazırlanan daimi atəşkəs təklifinə ABŞ və İranın müsbət münasibət bildirdiyi iddia olunur.
Far.Az xəbər verir ki, bu barədə Pakistan hökumətindəki mənbələr məlumat yayıb.
Məlumata görə, Vaşinqton və Tehran arasında diplomatik təmaslar son günlər xeyli intensivləşib. Bildirilir ki, tərəflər Pakistan və Qətərin hazırladığı, daimi atəşkəsin təmin olunmasını və sülh danışıqlarının bərpasını nəzərdə tutan təklifə müsbət cavab veriblər.
Mənbələrin sözlərinə görə, həm ABŞ, həm də İran münaqişənin diplomatik yollarla həllinə maraq göstərir. Bu isə daha əvvəl yarımçıq qalan danışıqların yenidən başlanacağına dair ümidləri artırıb.
Bununla yanaşı, Hörmüz boğazı ətrafında vəziyyətin hələ də gərgin olaraq qaldığı vurğulanır. Bildirilir ki, atəşkəsin pozulması və qarşıdurmanın yenidən alovlanması riski tam aradan qalxmayıb.
Qeyd olunur ki, vasitəçi ölkələr gərginliyin azaldılması və atəşkəsin möhkəmləndirilməsi məqsədilə hər iki tərəflə fasiləsiz təmaslarını davam etdirirlər.
Eyni zamanda, Axios nəşrinin adı açıqlanmayan mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hava zərbələrinin endirilməsinə hələlik razılıq verməyib və hərbi rəhbərliyə hücumların dayandırılması barədə göstəriş verib. Bununla belə, ABŞ ordusunun mümkün genişmiqyaslı əməliyyatlarla bağlı hazırlıqları davam etdirdiyi bildirilir.
Xatırladaq ki, ABŞ və İran arasında aparılan danışıqlar iyulun əvvəlində yenidən başlayan qarşılıqlı hücumlar səbəbindən dayanmışdı. Hazırda tərəflər arasında diplomatik həll variantlarının yenidən müzakirə olunduğu bildirilir.
Oxşar xəbərlər
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













