İrlandada türk məscidinə irqçi hücum edildi
İrlandanın paytaxtı Dublin şəhərində fəaliyyət göstərən və türk icmasının istifadə etdiyi məscid və təhsil mərkəzinə irqçi motivli hücum baş verib.
Far.Az xəbər verir ki, hadisə iyulun 24-də cümə namazı zamanı qeydə alınıb. İbadət vaxtı mərkəzə daxil olmağa cəhd edən ifrat sağçı qrup təhlükəsizlik əməkdaşları tərəfindən dayandırılıb. Onlara ibadətin davam etdiyi üçün binaya girişə icazə verilməyib.
Bundan sonra qrup üzvləri ilə təhlükəsizlik işçiləri arasında mübahisə yaranıb. Mübahisə zamanı hücumçulardan biri girişdə xidmət aparan türk təhlükəsizlik əməkdaşına yumruqla zərbə endirib.
Məlumata görə, hücum edən şəxslər hadisəni mobil telefonla lentə alaraq sonradan sosial şəbəkələrdə yayıblar.
Təhlükəsizlik əməkdaşlarının və ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində insidentin daha da böyüməsinin qarşısı alınıb.
Hadisədən sonra Dublin şəhərinin Hardvik Leyn bölgəsində yerləşən məscid və təhsil mərkəzinin rəhbərliyi hücum edən şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına rəsmi şikayət edib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Təzəpir məscidinə gətirilib
Hacı Əziz məscidinə qanunsuz müdaxilənin qarşısı alınıb, iş məhkəməyə göndərilib
Bakıda Əjdərbəy məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













