WSJ: ABŞ-nin raket ehtiyatları haqqında məlumatların dərci milli təhlükəsizliyə təhdid yarada bilər
Far.Az xəbər saytı

WSJ: ABŞ-nin raket ehtiyatları haqqında məlumatların dərci milli təhlükəsizliyə təhdid yarada bilər


"Patriot" və THAAD kompleksləri üçün raket ehtiyatlarına dair yenilənmiş məlumatların dərc edilməsi ABŞ-nin milli təhlükəsizliyinə təhdid yarada bilər.

"Far.Az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinə Amerika administrasiyasından bildiriblər.

"Əgər xəbər təşkilatları Patriot və THAAD raketlərinin sərfi haqqında yenilənmiş məlumatları açıqlasaydılar, milli təhlükəsizlik təhlükə altına düşərdi", - nəşr həmsöhbətlərinin sözlərini sitat gətirir.

Bundan əvvəl Amerika mediası xəbər verirdi ki, hava hücumundan müdafiə sistemləri (HHM) üçün döyüş sursatı ehtiyatlarının azalması fonunda ABŞ hərbçiləri İran raketlərini və pilotsuz uçuş aparatlarını (PUA) seçici şəkildə ələ keçirməyə başlayıb. Daha əvvəl NBC-nin qeyd etdiyi kimi, komandanlıq əgər raketin və ya pilotsuz aparatın Amerika qüvvələrinin mövqelərinə düşməyəcəyi, ABŞ-nin əsas obyektlərinə zərər vurmayacağı və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə təhlükə yaratmayacağı müəyyən edilərsə, döyüş sursatlarına qənaət etməyi əmr edib.

Bununla belə, ABŞ Prezidenti Donald Tramp WSJ ilə söhbətində döyüş sursatlarının, o cümlədən HHM raketlərinin çatışmazlığının İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasından imtina edilməsinin səbəblərindən biri olması barədə xəbərləri təkzib edib. "Bizdə dünyada hər kəsdən daha çox və bizə lazım olandan qat-qat artıq döyüş sursatı var", - o iddia edib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər