Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 12–17 iyul 2026-cı il tarixlərində Gəncə və Samux ərazilərində baş vermiş qida zəhərlənməsi hadisələri ilə bağlı aparılmış araşdırmalar və laborator müayinələr yekunlaşıb.
AQTA-dan "Report"a bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən hadisə yerlərinə baxış keçirilib, istehlaka təqdim edilən qida məhsulları və müxtəlif səthlərdən laborator müayinələr üçün nümunələr götürülüb.
Nəticələrə əsasən, hazır yeməklərdən bozbaşdan götürülən nümunədə Staphylococcus aureus, lavaş məhsulunda Staphylococcus aureus və koliform bakteriyaları, pendir məhsulunda isə Escherichia coli (E.coli) aşkarlanıb. Qida məhsullarında bu mikroorqanizmlərin aşkar olunması məhsulların mikrobioloji çirklənməyə məruz qaldığını, istehsal və emal prosesində şəxsi və ümumi gigiyena qaydalarına, həmçinin sanitariya tələblərinə tam əməl olunmadığını göstərir.
Nəzarət tədbirləri çərçivəsində lavaş məhsulu satdığı digər şəxslər və obyektlər də müəyyən edilərək məhsulların geri çağırılması təmin olunub.
Aşkar edilmiş qanun pozuntuları ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq məlumat verilib.
Agentlik vətəndaşlara qida məhsullarını yalnız rəsmi qeydiyyatdan keçmiş və qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərən istehsalçı və satış obyektlərindən əldə etməyi tövsiyə edir.
Oxşar xəbərlər
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Məşhur çips məhsulunda UYĞUNSUZLUQ AŞKARLANDI
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
ABŞ ordusu İrana aviazərbələr endirib













