"Apple" yenidən dünyanın ən bahalı şirkəti oldu
Far.Az xəbər saytı

"Apple" yenidən dünyanın ən bahalı şirkəti oldu


"Apple" şirkəti bazar kapitallaşmasına görə yenidən dünyanın ən bahalı şirkəti adını geri qaytarıb.

Far.Az "Business Insider"a istinadən xəbər verir ki, iyulun 27-də keçirilən hərracların yekununda şirkətin bazar dəyəri təxminən 5 trilyon dollara çatıb. Ticarət sessiyası ərzində "Apple"ın səhmləri 2 faiz bahalaşıb.

Son vaxtlar lider mövqedə olan "Nvidia" isə dəyər itirib. Şirkətin səhmləri 5 faiz ucuzlaşıb və bazar kapitallaşması 4,77 trilyon dollara enib.

Məlumata əsasən, investorlar Çinin "Moonshot AI" startapının yeni süni intellekt modelini təqdim etməsindən sonra "Nvidia" səhmlərini satmağa başlayıblar. Bazarda 2025-ci ildə "DeepSeek" şirkətinin təqdim etdiyi ucuz süni intellekt modelindən sonra yaşanan kəskin enişin təkrarlana biləcəyi ilə bağlı narahatlıqlar yaranıb.

Bundan başqa, "Nvidia"nın "OpenAI" ilə 250 milyard dollarlıq məlumat emalı mərkəzinin maliyyələşdirilməsi istiqamətində danışıqlar aparması barədə xəbərlər də investorların ehtiyatlı davranmasına səbəb olub.

Ekspertlər hesab edirlər ki, son günlər investorlar süni intellekt sektorundakı şirkətlərdən vəsaitlərini çıxararaq digər texnologiya şirkətlərinə yönəldirlər. Bu tendensiya da "Apple"ın səhmlərinin bahalaşmasına təsir göstərib.

Şirkətin dəyərinin artmasına səbəb olan amillərdən biri də "Apple Upgrade" adlı yeni cihaz lizinq proqramı ilə bağlı xəbərlər olub. İyulun 28-də istifadəyə verilməsi planlaşdırılan proqram çərçivəsində istifadəçilər "iPhone", "Mac", "iPad" və "Apple Watch" modellərinin böyük hissəsini xüsusi şərtlərlə əldə edə biləcəklər.

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər