"Zımbırtı.az"ın admininə 8 sutka həbs verildi
Sosial şəbəkədə ictimai mənəviyyata zidd paylaşımlar edən şəxs məsuliyyətə cəlb edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, "TikTok"da müxtəlif şəxslərin ünvanına söyüş və təhqirlər səsləndirildiyi üçün "Zımbırtı.az" səhifəsinin admini, Şirvan sakini 1998-ci il təvəllüdlü F.Qədirov (şərti) polis tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.
Vətən müharibəsi qazisi olduğunu bildirən F.Qədirov paylaşımı ironiya məqsədilə paylaşdığını, həmin videodakı ifadələrin özü tərəfindən deyil, başqası tərəfindən səsləndirildiyini deyib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə səhifə admini 8 sutkalıq həbs edilib.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Virtual xuliqanlıq "bahalaşacaq": Sosial şəbəkələrdə məsuliyyət və cəzalar sərtləşir
Sosial şəbəkədəki paylaşımlarına görə o da həbs olundu
Sosial şəbəkədə əxlaqsız ifadələr səsləndirilməsinə görə 6 nəfər məsuliyyətə cəlb edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununa çıxıb, komandası qələbə qazanıb
-
Ağ Evin rəhbəri ABŞ-nin ən iri şirkətlərindən yüz milyonlarla dollar alıb
-
Azərbaycanda AÖS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi artıb
-
Ər-Riyadda 43 ölkə dəniz müdafiə koalisiyasının yaradılmasını müzakirə edib
-
Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?
-
"Qarabağ" Konfrans Liqasında "Dinamo" ilə qarşılaşacaq













