Azərbaycan qara metal ixracından gəlirini 30 %-dən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 59 milyon 338 min ABŞ dolları dəyərində 54 min 546 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13 milyon 835 min dollar (30,4 %) , həcm baxımından isə, 11 min 563 ton (26,9 %) çoxdur.
Hesabat dövründə sözügedən məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 1%, ölkənin ümumi ixracında payı isə 0,3 % olub.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağ Evin rəhbəri ABŞ-nin ən iri şirkətlərindən yüz milyonlarla dollar alıb
-
Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?
-
Azərbaycanda sosial məzuniyyət bu şəxslərə verilir - RƏSMİ
-
Ramiz Mehdiyevin bankının lisenziyası ləğv edildi
-
"Nar"ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
-
Seutaya miqrant axını: İspaniya bölgəyə əlavə hərbçilər göndərir













