Beyləqandakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son durumu açıqlanıb.
TƏBİB-dən "Far.Az"un Qarabağ bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan şəxslər saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd olunub ki, onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alanlara zəruri tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Bildirilib ki, hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Far.Az"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə,"Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı kollektora girməsi nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza zamanı xəsarət alan Əlizamin Şəfa oğlu Əliyev, Zəfər Gülmirzə oğlu Məmmədov və Həsən Əbilqasım oğlu Həsənov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə nəticəsində avtomobildə olan Şəfa Süleyman oğlu Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib - YENİLƏNİB-5
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
-
Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq













