Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib
Far.Az xəbər saytı

Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib


Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyada bir sıra mühüm hərbi hədəfləri vurub.

"Far.Az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Çernomorskoye ərazisində dəniz heyətsiz kater bazası vurulub. Baza qarşı tərəfin Qara dənizdə döyüş və xüsusi tapşırıqları yerinə yetirmək üçün istifadə etdiyi dəniz heyətsiz katerlərinin saxlanması, hazırlanması və texniki xidmət göstərilməsi üçün istifadə olunur", – məlumatda qeyd edilib.

Bundan başqa, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərini Krımla birləşdirən Çonqar ərazisindəki "Sivaş" dəmiryol körpüsünə və Vladislavovka ərazisindəki dəmiryol körpüsünə də zərbə endirilib. Bu körpülər hərbi logistikanın mühüm elementləri olub.

Həmçinin Sevastopolda Rusiya Qara Dəniz Donanmasının radioelektron kəşfiyyat bölməsi də vurulub.

"Bundan əlavə, Pervomayskoye (Krım) ərazisindəki təmir-bərpa bazası, Xerson vilayətinin Podovoye ərazisindəki maddi-texniki vasitələr anbarı və Zaporojye vilayətinin Tokmak ərazisində pilotsuz uçuş aparatları anbarı vurulub", – məlumatda bildirilir.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər