İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb - YENİLƏNİB-2
İtaliyanın Neapol şəhəri yaxınlığındakı Fleqrey çöllərində baş verən 4,7 maqnitudalı zəlzələ zamanı xəsarət alanların sayı 26 nəfərə çatıb.
"Far.Az" xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
Mülki müdafiə və dəniz siyasəti naziri Nello Musumeçi səkkiz binanın və beş müəssisənin tamamilə sıradan çıxdığını, 130 ailənin və ya təxminən 290 nəfərin təxliyə edildiyini bildirib; onların bir çoxu Neapol və Pottsuoli bələdiyyələri tərəfindən yaradılmış zonalarda yerləşdirilib.
"Beş nəfər xəstəxanaya yerləşdirilib", - o qeyd edib.
Bu, son 40 ildə baş verən ən güclü zəlzələ olub.
İtaliyanın Neapol şəhəri yaxınlığında baş vermiş zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti kritikdir.
"Far.Az" xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
Bundan başqa, yaşayışın olmadığı bir neçə bina uçub, avtomobillərə ziyan dəyib.
İtaliyanın mülki müdafiə naziri Nello Musumeçi yaşayış binalarının və kilsələrin zədələndiyini bildirib.
Bundan başqa, elektrik enerjisi təchizatında fasilələr yaranıb.
Seysmik aktivlik bütün gecə ərzində davam edib: ən azı 30 yeraltı təkan qeydə alınıb, onlardan birinin maqnitudası 3,8 təşkil edib.
İtaliyanın Neapol şəhəri yaxınlığında baş vermiş 4,7 maqnitudalı zəlzələ nəticəsində şəhərdəki binalara cüzi ziyan dəyib.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi İtaliya Yanğınsöndürmə Xidmətinə istinadən məlumat yayıb.
"İtaliya Yanğınsöndürmə Xidməti Neapol və onun yaxınlığındakı binalara cüzi ziyan dəyməsi ilə bağlı məlumatların daxil olduğunu, lakin sakinlərin xilas edilməsi və ya kömək göstərilməsi üçün heç bir müraciətin alınmadığını bildirib", - agentliyin məlumatında deyilir.
Zəlzələnin episentri Neapoldan qərbdə, Kampi Fleqrei rayonunda təxminən 3 km dərinlikdə yerləşib.
İtaliya mediası xəbər verir ki, bu, həmin ərazidə indiyədək qeydə alınmış ən güclü zəlzələlərdən biri olub.
Oxşar xəbərlər
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda sosial məzuniyyət bu şəxslərə verilir - RƏSMİ
-
Ramiz Mehdiyevin bankının lisenziyası ləğv edildi
-
"MasterCard" kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı
-
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
-
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır













