"Apple" cihazlarını almaq əvəzinə kirayəyə verməyə başladı
Far.Az xəbər saytı

"Apple" cihazlarını almaq əvəzinə kirayəyə verməyə başladı


"Apple" istifadəçilər üçün yeni cihaz kirayəsi proqramını istifadəyə verib. Yeni model çərçivəsində şirkətin bəzi məhsullarını almaq əvəzinə aylıq ödənişlə kirayələmək mümkün olacaq.

Far.Az xəbər verir ki, şirkət bu məqsədlə ödəniş platforması Klarna ilə əməkdaşlığa başlayıb.

İlkin mərhələdə yalnız ABŞ-də təqdim olunan proqram çərçivəsində iPhoneApple Watch modelləri 12 və ya 24 ay, MaciPad modelləri isə 24 və ya 36 ay müddətinə kirayəyə veriləcək.

Proqrama iPhone 17 seriyası, iPhone Air, Apple Watch Series 11, Apple Watch Ultra 3, MacBook Air, MacBook Pro, iMac, Mac Studio, iPad Air, iPad ProiPad mini daxil edilib. iPhone 16, MacBook Neo, standart iPadApple Watch SE modelləri isə bu siyahıda yer almır.

Yeni xidmət əvvəlki iPhone Upgrade proqramını əvəz edir və istifadəçilərə daha çevik ödəniş şərtləri ilə cihazlardan istifadə imkanı yaradır.

Mütəxəssislərin fikrincə, texnologiya məhsullarının bahalaşması fonunda belə kirayə modeli gələcəkdə istehlakçılar arasında daha geniş yayına bilər.

Oxşar xəbərlər

Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
HUAWEI WATCH GT 6 PRO: Sağlam həyat üçün ağıllı yoldaş
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər