Çinli alimlər beyin sürətində işləyən yeni çip hazırlayıblar
Far.Az xəbər saytı

Çinli alimlər beyin sürətində işləyən yeni çip hazırlayıblar


Çinli alimlər insan beyninin işləmə prinsiplərini yüksək sürətlə modelləşdirə bilən yeni nəsil memristor çip hazırlayıblar.

Far.Az xəbər verir ki, Pekin Universiteti və Çin Elmlər Akademiyasının Şanxay Mikrosistemlər və İnformasiya Texnologiyaları İnstitutunun birgə hazırladığı tədqiqatın nəticələri nüfuzlu "Science" jurnalında dərc olunub.

Məlumata görə, yeni çip insan beyninin mürəkkəb quruluşunu 10 millisaniyədən az müddətdə yüksək dəqiqliklə modelləşdirə bilir. Ənənəvi kompüterlərdən fərqli olaraq, çip hesablamaları birbaşa məlumatların saxlanıldığı yaddaşda həyata keçirir. Bu isə məlumatların prosessor və yaddaş arasında ötürülməsi ehtiyacını aradan qaldıraraq həm sürəti artırır, həm də enerji sərfiyyatını azaldır.

40 nanometrlik texnologiya əsasında hazırlanan çip 50 meqahers tezliyində işləyir. Sınaqlar zamanı onun müasir ASIC prosessorlarından 3,8–36 dəfə daha sürətli, 11,7–24,7 dəfə daha az enerji sərf etdiyi müəyyən edilib. Beyin qabığının üçölçülü rekonstruksiyası zamanı isə NVIDIA A100 qrafik prosessoru ilə müqayisədə 478 dəfəyədək yüksək sürət nümayiş etdirib.

Tədqiqatçılar bildirirlər ki, yeni texnologiya beyin-kompüter interfeysləri, rəqəmsal beyin modellərinin yaradılması, cərrahiyyə zamanı real vaxt naviqasiya sistemləri, eləcə də Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin araşdırılmasında geniş tətbiq oluna bilər.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər