Sabunçuda qadın qətlə yetirildi, oğlu saxlanıldı: Şəxsiyyət vəsiqəsi üstündə başlayan mübahisənin TƏFƏRRÜATI
Bu gün səhər saatlarında Bakının Sabunçu qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Far.Az "Teleqraf"a istinadla xəbər verir ki, İddialara görə, 54 yaşlı Sevinc Şahmar qızı Məmmədova oğlu ilə şəxsiyyət vəsiqəsi üstündə yaranan mübahisə zamanı öldürülüb.
Qonşuların sözlərinə görə, Elvin Məmmədovun psixoloji problemləri olub.
"Çox gözəl ailə idi. Ana, ata və oğul birlikdə yaşayırdılar. Sevinc xanım çox mehriban insan idi, şirniyyat sexində işləyirdi. Bir neçə il əvvəl digər oğlunu itirmişdi və bu hadisə ona ağır təsir etmişdi. Elvinin isə ruhi problemləri var idi. Hər gün onu küçədə görürdüm, amma indiyədək kiməsə zərər verdiyini görməmişəm. Bu məhəlləyə yeni köçdüyüm üçün ailə haqqında geniş məlumatım yoxdur", - deyə qonşulardan biri bildirib.
Qonşunun sözlərinə görə, məhəllədə yayılan iddialara əsasən, ana ilə oğul arasında mübahisəyə şəxsiyyət vəsiqəsi səbəb olub.
"Bildiyim qədərilə, oğlan şəxsiyyət vəsiqəsinə görə anası ilə mübahisə edib. Hadisə qəfil baş verib. Belə hallardan nəticə çıxarmaq lazımdır. Ağır psixoloji problemləri olan şəxslər vaxtında nəzarətdə saxlanılmalı və müalicə almalıdırlar", - deyə o əlavə edib.
Qonşu məhəllədə yaşayan Cavid Məhərrəmov bildirib ki, hadisə baş verən zaman ata evdə olmayıb.
"Onları yaxından tanımırdım. Eşitdiyimə görə, normal ailə olublar. Elvin çöldə sakit davranırdı, amma psixoloji problemlərinin olduğu deyilirdi. Hadisə zamanı evdə yalnız ana və oğlu olub, atası isə rayonda imiş", - deyə o qeyd edib.
Ərazidə yaşayan başqa bir qadın isə bildirib ki, Elvin Məmmədov əvvəllər ailəli olub, sonradan boşanıb.
"Anası da, atası da çox sakit və yaxşı insanlar idilər. Elvini isə demək olar ki, heç görmürdüm", - deyə qonşu söyləyib.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"MasterCard" kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
-
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
-
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
-
"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
-
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib, üç nəfər həlak olub













