Gülçöhrə Məmmədova: "Dini abidələr Azərbaycanın memarlıq irsinin ən əhəmiyyətli və mühüm hissələrindən biridir"
"Dini abidələr Azərbaycanın memarlıq irsinin ən əhəmiyyətli və mühüm hissələrindən biridir".
Far.Az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Əməkdar memar Gülçöhrə Məmmədova Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Tarixi-dini abidələrin mühafizəsi: çağırışlar və perspektivlər" konfransında deyib.
Rektor vurğulayıb ki, ötən əsrlərdən qorunub saxlanılan memarlıq abidələri arasında dini tikililər həm sayına, həm də memarlıq dəyərinə görə əhəmiyyətli yer tutur.
"Əbəs yerə deyil ki, müharibələr və silahlı münaqişələr zamanı məhz dini abidələr daha çox hücumlara məruz qalır. İşğalçılar onların dağıdılmasına xüsusi diqqət yetirirlər", - deyə o bildirib.
G.Məmmədovanın sözlərinə görə, Qarabağ və Zəngəzurun, o cümlədən Şərqi Zəngəzurun işğalı zamanı baş verən hadisələr də bunu təsdiqləyir.
O qeyd edib ki, məscidlərin dağıdılması və məhv edilməsi Qərbi Azərbaycanda azərbaycanlıların və müsəlmanların mövcudluğunun izlərini silmək üsullarından biri kimi istifadə olunub. Professor vurğulayıb ki, dini abidələrin əhəmiyyəti onların milli ideologiyanın və mədəniyyətin simvolları kimi rolundan daha genişdir.
"Onlar təkcə milli ideologiyamızın nümayəndələri, mədəniyyətimizin göstəriciləri və simvolları kimi deyil, həm də memarlığımızın və tikinti sənətimizin ən gözəl və ən qiymətli nümunələri kimi böyük əhəmiyyət daşıyırlar", – deyə o qeyd edib.
Banu Hüseynli
Oxşar xəbərlər
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Akademik Musiqili Teatrda "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ
-
Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq













