Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edilib
Far.Az xəbər saytı

Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edilib


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu, Tövlədərə kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən "Far.Az"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə edilməklə dağlıq ərazidə dərinliyi təxminən 100 metr olan dərədə köməksiz vəziyyətdə qalan vətəndaş - 1967-ci il təvəllüdlü Fərzəliyev Kamil İmamverdi oğlu xilas olunub.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər