Bilgəhdə 21 yaşlı gənc dənizdə batıb, üç nəfər xilas edilib - YENİLƏNİB
Bilgəh qəsəbəsində dənizdə batan üç nəfər xilas edilib.
Bu barədə "Far.Az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 2001-ci il təvəllüdlü Fətəliyev Məhəbbət Şövkət oğlu, 2000-ci il təvəllüdlü Mustafayev Sahil Bəhruz oğlu, 2001-ci il təvəllüdlü Cəlalov Elburus Zümrüd oğlu xilas edilib.
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Far.Az"a bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Pirməmmədov Niyaz Vasif oğlunun meyiti suda çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Kəmaləddin Heydərov "Bilgəh" xilasetmə məntəqəsinin açılışında iştirak edib
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Mərdəkanda dənizdə batanlardan daha birinin meyiti tapılıb - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
-
Seutada miqrasiya böhranının fəsadlarının aradan qaldırılmasına başlanılıb
-
Konqoda Ebola sürətlə yayılır: Yoluxanların yarıdan çoxu ölüb
-
Peruda təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub
-
Keçmiş nazir vəfat etdi
-
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb?













