UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında bu gün pley-off mərhələsinin püşkü atılacaq
Far.Az xəbər saytı

UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında bu gün pley-off mərhələsinin püşkü atılacaq


UEFA Avropa Liqasında və UEFA Konfrans Liqasında bu gün pley-off mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində "Qarabağ" klubunun da potensial rəqibi müəyyənləşəcək.

Avrokuboklarda mübarizəyə UEFA Avropa Liqasında start verən Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv I təsnifat mərhələsində "Vestri" (İslandiya) komandasını iki oyunun nəticəsinə (3:0, 3:0) əsasən məğlub edib. II təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sına iki oyunun (0:0, 0:0, p. - 4:5)) nəticəsinə əsasən uduzan komanda yoluna UEFA Konfrans Liqasında davam edir.

Ağdam təmsilçisi bu turnirin III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki turnirdə ilk oyunlar avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Media Kuboku 2026-nın püşkü atıldı
UEFA Avropa Liqası:  "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər