İqtisadiyyat Nazirliyinin xidmətlərinə I yarımildə 13 milyondan artıq müraciət olub
Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyinin göstərdiyi xidmətlərə 13 milyondan artıq müraciət qeydə alınıb, müraciətlərin 92 %-dən çoxu elektron qaydada həyata keçirilib.
Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 289 xidmət göstərilir ki, onların 181-i (62,6 %) elektronlaşdırılıb.
Elektron xidmətlərə www.economy.gov.az, www.lisenziya.gov.az, həmçinin Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, eləcə də müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür.
Sahibkarlar bu onlayn platformalar vasitəsilə zəruri iqtisadi və hüquqi informasiya əldə edə və biznes fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər.
Sahibkarlara lisenziyaların verilməsi xidməti tam elektronlaşdırılıb. Biznes nümayəndələri müvafiq fəaliyyət növləri üzrə lisenziya almaq üçün "Lisenziyalar və İcazələr" portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Bununla yanaşı, lisenziya müraciətləri müvafiq "ASAN xidmət" mərkəzləri və KOB evləri vasitəsilə də təqdim oluna bilər.
Bundan əlavə, İqtisadiyyat Nazirliyinin "Elektron Xidmətlər Portalı" vahid pəncərə funksiyasını yerinə yetirərək istifadəçilərə elektron kabinet vasitəsilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların da xidmətlərindən yararlanmaq imkanı yaradılıb. Portalda istifadəçilərə müraciət etdikləri xidmətin icra prosesini izləmək və xidmətdən istifadə barədə rəy bildirmək imkanı təqdim olunur.
Dövlət xidmətlərinin səmərəliliyinin və istifadəçi məmnunluğunun artırılması məqsədilə İqtisadiyyat Nazirliyi xidmətlərin elektronlaşdırılması, informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması, innovativ həllərin tətbiqi və prosedurların optimallaşdırılması istiqamətində işləri davam etdirir.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
İqtisadiyyat Nazirliyinin xidmətlərinə I rübdə 6,5 milyondan artıq müraciət olub
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb
-
Daşkəsəndə milli kino seansı keçirilib
-
İsrailin müdafiə naziri İrana sərt xəbərdarlıq edib













