Ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU
Far.Az xəbər saytı

Ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU


Bu ilin martında Cəlilabadda 15 yaşlı oğlunu ehtiyatsızlıqdan öldürən Səliqə Abdulhüseynovaya hökm oxunub.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə o, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzasına məhkum edilib.

S.Abdulhüseynova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə ittiham olunub.

Xatırladaq ki, hadisə bu il martın 10-da Cəlilabadın Sərhədabad kəndində baş verib.

İttiham aktına görə, evin böyük oğlu olan mərhum 15 yaşlı Mirkamal Abdulhüseynov məşğələdən gələndən sonra anası onu ət doğramağa kömək etməyə çağırıb. Mirkamal da stolun arxasında üzbəüz oturaraq anasına kömək etməyə başlayıb: yeniyetmə sol əli ilə əti tutub ki, anası kəssin. Özü də sağ əlindəki bıçaqla tutduğu əti kəsməyə başlayıb. Bu zaman onun əlindəki bıçaq anasının əlini kəsib. Qadın həmin an ağrının təsirindən özündən çıxaraq, ehtiyatsızlıqdan əlindəki bıçağı oğlunun sinəsinə doğru uzadıb, onu bir az geri çəkmək istəyib. Amma bədbəxtlikdən bıçaq Mirkamalın sinəsini deşib və uşaq çoxlu qan itirib.

Qadın ərinin qorxusundan əvvəlcə oğlunun yıxılaraq sinəsinə dəmir batdığını desə də sonradan polis şöbəsində hadisəni etiraf edib. Xəstəxanaya aparılan Mirkamalı isə xilas etmək mümkün olmayıb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər