CNN: Pentaqonun əsas döyüş sursatı ehtiyatları təhlükəli dərəcədə azalıb
Far.Az xəbər saytı

CNN: Pentaqonun əsas döyüş sursatı ehtiyatları təhlükəli dərəcədə azalıb


Pentaqonun əsas döyüş sursatı ehtiyatları təhlükəli dərəcədə aşağı səviyyəyə enib ki, bu da ABŞ hərbi komandanlığında ciddi narahatlıq doğurur.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hava hücumundan müdafiə vasitələri ehtiyatlarının tükənməsinin əsas səbəbi İranla müharibə olub. Mənbələr iddia edib ki, ABŞ müharibədən əvvəlki səviyyə ilə müqayisədə "THAAD" önləyici raketlərinin, demək olar, 80 %-ni, eləcə də "Patriot" raketləri ehtiyatlarının təxminən yarısını sərf edib.

CNN qeyd edib ki, döyüş sursatı çatışmazlığı məsələsi ABŞ Prezidenti Donald Trampın İrana yeni zərbələr endirməkdən imtina etmək qərarından əvvəl yenidən müzakirə olunub.

Mənbələrin sözlərinə görə, yüksək rütbəli hərbi məsləhətçilər son həftələr ərzində azı iki dəfə Amerika liderini əsas silah ehtiyatlarının kritik dərəcədə azalması barədə xəbərdar ediblər.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər