"Azeri Light" neftinin qiyməti 97 dollardan aşağı düşüb
Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində ciddi enmə qeydə alınıb.
Far.Az xəbər verir ki, neft bazarındakı mənbənin verdiyi məlumata görə, Azərbaycan neftinin bir bareli əvvəlki göstərici ilə müqayisədə 5,14 ABŞ dolları (5,04 faiz) ucuzlaşaraq 96,73 ABŞ dollarına enib.
Hərracların yekununa əsasən, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 91,43 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında satılan "Azeri Light" neftinin bir bareli də 4,71 ABŞ dolları (4,79 faiz) ucuzlaşaraq 93,54 ABŞ dollarına düşüb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu marka üzrə neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilir və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda avtomobil şinləri satılan anbarın fəaliyyəti dayandırıldı
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor
-
Xırdalanda ər və arvad arasında insident olub, kişi ölüb













