Bloqer Hüseyn Həsənov 4 il qiyabi həbs cəzasına məhkum edilib
Far.Az xəbər saytı

Bloqer Hüseyn Həsənov 4 il qiyabi həbs cəzasına məhkum edilib


Moskvanın Presnenski rayon məhkəməsi çirkli pulların yuyulması işi üzrə bloqer Hüseyn Həsənovu qiyabi olaraq dörd il müddətinə azadlıqdan məhrum edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Həsənov həmçinin 1 milyon rubl məbləğində cərimə ödəməlidir. Təyin olunmuş cəza qiyabidir və məhkumun saxlanıldığı və ya ekstradisiya olunduğu andan qüvvəyə minəcək.

Bundan başqa, məhkəmə bloqerə iki il ərzində internetdə materialların yerləşdirilməsi ilə bağlı fəaliyyətlə məşğul olmağı qadağan edib. Məhkəmənin qərarı ilə onun "Moskva-Siti" kompleksindəki apartamentləri müsadirə edilib. İstintaqın məlumatına görə, onların dəyəri təxminən 46 milyon rubl təşkil edir.

İstintaqın versiyasına görə, Həsənov fərdi sahibkar olaraq 170 milyon rubldan çox məbləğdə vergidən yayınıb, bundan sonra vəsaitin bir hissəsi leqallaşdırılıb. Daha əvvəl prokurorluq bloqerə qiyabi olaraq 6 il həbs cəzası istəmişdi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Arayik Arutyunyan və digərlərinə hökm oxundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər