Bu qurumların əməkdaşları ezamiyyə qaydalarında istisna hüququ əldə etdi
Maliyyə Nazirliyi "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib.
Far.Az xəbər verir ki, qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarına ezamiyyə qaydaları ilə bağlı istisna tətbiq olunacaq.
Bununla yanaşı, Maliyyə Nazirliyinin Aparatının Uçot siyasəti şöbəsinə qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.
Sənəd Reyestrə daxil edildikdən sonra 72 saat ərzində rəsmi dövri mətbuatda dərc ediləcək, AZƏRTAC-ın informasiya ehtiyatında və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













