Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb
İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska Seutaya gələn 72 min miqrantdan 70 mininin Mərakeşə qayıtdığını bildirib.
"Far.Az" xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Nazirin sözlərinə görə, Aİ ölkələri Seutadakı miqrasiya böhranı zamanı İspaniya hökumətinin atdığı addımların effektiv olduğunu qəbul ediblər.
Marlaska həmçinin bildirib ki, İspaniya kəşfiyyat xidmətləri bu cür hadisələrin təkrarlanma ehtimalı barədə xəbərdarlıq almayıblar.
Aİ ölkələri miqrantların Seutaya kütləvi gəlişindən sonra aşkarlama və erkən xəbərdarlıq sistemlərini təkmilləşdirməklə bağlı razılığa gəlib və İspaniya ilə həmrəyliklərini ifadə ediblər.
İspaniya hökuməti həmçinin Seutada yetkinlik yaşına çatmayan miqrantlara yardım göstərmək üçün əlavə 25 milyon avro vəsaitin ayrıldığını elan edib.
Miqrantların kütləvi axını nəticəsində həlak olanların sayı 75 nəfərə çatıb.
Oxşar xəbərlər
İspaniya ilə Mərakeş arasında Seuta hadisəsi - Avropanın narahatlığı - ŞƏRH
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor
-
Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
Almaniya ordusunun xüsusi bölməsi Litva-Belarus sərhədində yerləşdirilib
-
Sərxoş halda ölümcül qəza törədən sürücüyə 5 il həbs cəzası verildi













