"Quba Palace"da qolf turniri keçirildi
Azərbaycanda ilk dəfə yeniyetmələr arasında "Caspian Junior Cup 2026" beynəlxalq qolf turniri təşkil olunub.
"Quba Palace Hotel"in nəzdində fəaliyyət göstərən "The National Azerbaijan Golf Club"da Hotelin təşkilatçılığı ilə keçirilən yarışda Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar iştirak ediblər.
Turnir beynəlxalq yeniyetmələr üçün təşkil olunan qolf düşərgəsinin yekun tədbiri olub. Mükafatlandırma mərasimində iştirakçı ölkələrin Azərbaycandakı diplomatları, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
"Caspian Junior Cup 2026" uşaq və yeniyetmə qolfunun inkişafına dəstək vermək, regional idman əməkdaşlığını gücləndirmək və Azərbaycanın beynəlxalq qolf xəritəsində mövqeyini daha da möhkəmləndirmək məqsədi daşıyır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"













