Dəmir yolu ətrafında yaşayanların NƏZƏRİNƏ!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları"nı təsdiq edib.
Far.Az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, bu Qaydalar "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planı"nda nəzərdə tutulan Bakı – Xırdalan – Sumqayıt və Bakı – Pirşağı – Sumqayıt dəmiryol xətlərinin təkmilləşdirilməsini, Bakıxanov–Binə – Qala, Zabrat – Maştağa – Bağlar, Yeni Suraxanı – Hövsan və Güzdək – Qaradağ dəmiryol xətlərinin bərpası üzrə layihələrin icrasını təmin etmək məqsədilə dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar qaydalarını əhatə edir.
Qaydalara əsasən, dəmir yolunun təhlükəsizlik zonası dəmiryol xətlərinin oxlarının soluna və sağına xətt boyu 11 metr məsafədə xüsusi istifadə rejimi olan torpaq sahələrinə aid edilir.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən təhlükəsizlik zonası daxilində müvafiq dəmiryol xəttinin oxunun soluna və sağına xətt boyu 9 metr məsafədə yerləşən, hündürlüyü yer səthindən 2,20 metrdən çox olmayan qoruyucu çəpərlər və ya torlar quraşdırılacaq, həmçinin təhlükəsizlik zonasından insanların, nəqliyyat vasitələrinin və heyvanların təhlükəsiz keçməsi üçün avtomobil yolları ilə (küçələrlə) kəsişmələrdə dəmir yolu üzrə qatarların hərəkət tezlikləri və avtomobillərin hərəkət intensivlikləri nəzərə alınmaqla müxtəlif səviyyəli və yaxud qorunan xüsusi keçid yerləri təşkil ediləcək.
Təhlükəsizlik zonasının mühafizəsini təşkil etmək üçün təhlükəsizlik zonası videomüşahidə vasitələri ilə təchiz ediləcək və 24/7 rejimində müşahidəsi həyata keçiriləcək.
Qaydalara əsasən, təhlükəsizlik zonasında digər təyinatlı qurğuların, bina və tikililərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir.
Xatırladaq ki, sərnişinlərin, eləcə də dəmir yolu infrastrukturu ətrafında yaşayan yüz minlərlə insanın təhlükəsizliyinə xüsusi önəm verən ADY son illərdə dəmiryol infrastrukturunun modernləşdirilməsi və hərəkətin təhlükəsizliyinin artırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi və yol nişanlarının yenilənməsi istiqamətində işlər davam etdirilir, həmçinin Abşeron dairəvi dəmir yolu marşrutu və Kürdəmir sahəsində 100 min metr uzunluğunda çəpərləmələr (dəmir torlar) həyata keçirilib.
Qalereya
Oxşar xəbərlər
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor
-
Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
Almaniya ordusunun xüsusi bölməsi Litva-Belarus sərhədində yerləşdirilib
-
Füzulidə açıq ərazidə yanğın baş verib













