UEFA İnfantinoya qarşı: Təşkilar FIFA turnirlərini boykot edə bilər
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino ilə qarşıdurmada maksimum eskalasiyaya getməklə hədələyib.
"Report" xəbər verir ki, UEFA-nın 55 milli futbol assosiasiyasının hamısının iştirak etdiyi iyulun 30-da keçirilən fövqəladə iclasda qərar qəbul olunub ki, əgər İnfantino öz planını həyata keçirsə - yəni dünya çempionatının hüquqlarının bir hissəsini özəl investorlara satmağa nail olsa - UEFA bütün FIFA turnirlərini boykot edəcək.
"UEFA və ona daxil olan bütün 55 assosiasiya vahid cəbhə kimi çıxış edir. Biz yekdilliklə və birmənalı şəkildə FIFA-nın dünya çempionatı və digər FIFA turnirlərində mülkiyyət hüquqlarının bir hissəsini özəl investorlara vermək təklifini rədd edirik", – ittifaqın bəyanatında deyilir.
UEFA qeyd edib ki, dünya çempionatına "investisiya məhsulu kimi baxmaq olmaz", çünki bu yarış "futbolun ən böyük miraslarından biridir".
"Bu miras nəsillər boyu bütün qitələrdən olan futbolçular, milli komandalar və azarkeşlər tərəfindən yaradılıb. Onun heç bir hissəsi özəl investorlara verilməməlidir. Dünya çempionatı satılmır", – deyə təşkilat vurğulayıb. UEFA əlavə edib ki, milli komandalar turnirlərdə yalnız o halda iştirak edəcəklər ki, "təklif tamamilə geri götürülsün" və həmçinin "təşkilatın gələcəkdə FIFA-nın və ya onun turnirlərinin idarə olunmasına özəl sahibləri cəlb etməyəcəyinə dair hüquqi baxımdan məcburi zəmanətlər verilsin."
Almaniyanın "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinin yazdığına görə, Beynəlxalq Futbol Federasiyası (FIFA) və onun prezidenti dünya çempionatında payların satılması planının həyata keçirilməsində artıq xeyli irəliləyiblər. Bir neçə KİV-in məlumatına görə, Canni İnfantino üzv assosiasiyalara sövdələşmənin təsdiqlənməsi üçün sentyabrın 19-dək müddət müəyyən edib. O, onları böyük maliyyə vəsaitləri və dünya çempionatının növbəti genişləndirilməsi perspektivi ilə razı salmağa çalışır. Bu planların həyata keçirilməsi üçün isə sadə səs çoxluğu kifayət edəcək.
Almaniya Futbol İttifaqının (DFB) rəhbəri Bernd Noyendorf bildirib ki, İnfantinonun planları son dərəcə problemli və qəbuledilməzdir: "Dünya çempionatını investorlar üçün açmaq faciəvi siqnaldır. Futbol ictimaiyyətin dəstəyi sayəsində mövcuddur, biz investorlara onu oyuncağa çevirməyə imkan verməməliyik".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyədə avtomobil çay yatağına aşıb, ölən və yaralananlar var
-
Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirilib
-
Rusiya ordusu Ukraynaya hava zərbələri endirib
-
Azərbaycanda bəzi məlumatlara görə saytlara giriş məhdudlaşdırılacaq
-
Səudiyyə Ərəbistanının müdafiə naziri Cey Di Venslə görüşüb
-
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü













