Bakıda qızıl mənimsəməkdə ittiham olunan özbəkistanlı qadına hökm oxundu
Far.Az xəbər saytı

Bakıda qızıl mənimsəməkdə ittiham olunan özbəkistanlı qadına hökm oxundu


Qızıl satışı adı ilə Azərbaycanda yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub, G.Mamatova 6 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Guzal Mamatova əvvəllər Bakıda - "Moskva" univermağında qızıl satışı ilə məşğul olub və ticarətçilər arasında tanınıb. Həmin yerdə qazandığı etibardan istifadə edərək tanıdığı şəxslərin ona verdikləri qızılların Özbəkistanda satışını həyata keçirib. Bu yolla yarım milyon manatadək dəyərində qızıl-zinət əşyalarını müştərilərdən alaraq pulunu mənimsəməkdə təqsirləndirilir.

G.Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda yarım milyonluq qızıl işi: Şahidlər məhkəmədə ifadə verdi
Azərbaycanda yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən Özbəkistan vətəndaşına hökm oxunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər